
TARLAis. Taxıl, pambıq, qarğıdalı və s. əkilmiş böyük sahə, əkin (yeri); zəmi. Bu qız üç gün əvvəl atası ilə çəltik tarlasında çalışırdı. Mir Cəlal. □ Tarla düşərgəsi tarlada işləyənlərin istirahəti, yeyib-içməsi və s. məqsədlər üçün onun yanında düzəldilən tikili (talvar və s.). Sədrlə katib başqa manqaların sahəsinə gedəndə qızlar tarla düşərgəsinə gəlib səhər yeməyi yeyirdilər. Ə.Vəliyev.
Paylaşın - Hamı bilsin
|