İzahlı lüğət

TAĞ3 (ID - 38136)

is. Saçın iki yerə ayrılan yeri; həmin hissələrdən hər biri. Əlilə tağını düzəldən zaman; Yaxından duyuldu ayaq səsləri. M.Müşfiq. □ Tağ ayırmaq - saçı iki hissəyə ayırmaq.

TAĞALAQ1 (ID - 38137)

is. Sap, iplik və s. sarınan çarx. ..Arvad ayağa qalxdı və nə isə çaşqınlıqla cəhrənin ora-burasını, tağalağını, iyini, dəstəsini yoxladı. Ə.Əbülhəsən. [Tapdıq] özünü divarın dibinə verib, tağalağı dığırlatdı....

TAĞALAQ2 (ID - 38138)

bax taqqanaq. ..Uşağın əlindəki tağalaq çörəklərin hərdən biri düşürdü yerə, arvad qaldırıb, tozunu silib verirdi uşağa. C.Məmmədquluzadə.

TAĞAR (ID - 38139)

is. məh. 83,2 kiloqram ağırlığında çəki vahidi. Beş tağar arpa. - [Həmzə:] Məsələ bir-iki desyatin yerdə, bir-iki tağar buğdada, ya da beş-on baş qaramalda deyil. Ə.Əbülhəsən.

TAĞBƏND (ID - 38140)

sif. [fars.] arxit. Tağ şəklində olan; yarımdairəvi. Tağbənd körpü. - ...Uşaq bu saat hücrənin qoşa tağbənd pəncərələri arxasında göz üzündən ötüb keçən sərsəri buludların içəridəki işığı tez-tez dəyişdirdiyinin...

TAĞLI (ID - 38141)

sif. 1. Tağı, tağları olan. Tağlı bina.
2. Hörgüsü tağ şəklində olan. Tağlı pəncərə (qapı). - Mədəniyyət evinin tağlı, naxışlı qapılarını [Qızyetər Yarməmmədə] göstərdi. M.İbrahimov. Taxtadan tikilmiş iki otaqlı;...

TAHİR (ID - 38142)

is. [ər.] köhn. Təmiz, pak.

TAXÇA (ID - 38143)

is. [fars.] Şey qoymaq üçün divarda açılan oyuq. Taxçalara düzülübdü bir neçə samovar, sandıqça .. və xırdavat şeylərdən. C.Məmmədquluzadə. Mətbəxin divarlarında xırda taxçalar olardı. H.Sarabski.

TAXEOMETR (ID - 38144)

is. [yun.] Üfüqi və yer ölçmə işlərində işlədilən şaquli bucaqları ölçmək üçün geodeziya aləti.

TAXEOMETRIYA (ID - 38145)

is. [yun.] Yerin qabarıqlı planını düzəltmək üçün uzaqdan topoqrafik şəkilalma üsulu.

TAXIL (ID - 38146)

top. Dənindən un və ya yarma hazırlanan bitkilərin (arpa, buğda, çovdar və s.) ümumi adı. Taxıl bitkiləri. Taxıl əkmək. - Taxıllar boy atmış və sünbül bağlamağa başlamışdı. Ə.Sadıq. // Həmin bitkilərin dəni. 2 ton taxıl....

TAXILBİÇƏN (ID - 38147)

is. Taxıl biçmək üçün maşın, alət. Yeni markalı taxılbiçən. // Biçinçi. // Sif. mənasında. indi sovxoz tarlalarında yük avtomobilləri görünür, traktor və taxılbiçən maşınlar işləyir. Ə.Vəliyev.

TAXILBİTİ (ID - 38148)

zool. bax buğdabiti.

TAXILÇİÇƏKLİLƏR (ID - 38149)

cəm bot. Taxılların və bəzi başqa bitkilərin daxil olduğu bitki fəsiləsi.

TAXILÇI (ID - 38150)

is. Taxılçılıqla, taxıl əkibbecərməklə məşğul olan adam. Taxılçının qarşısında isə çörək bolluğu yaratmaq vəzifəsi durmuşdu. S.Rəhimov.

TAXILÇILIQ (ID - 38151)

is. Kənd təsərrüfatının taxıl əkib-becərməklə məşğul olan sahəsi.

TAXILDÖYƏN (ID - 38152)

is. Biçilmiş taxılı döyüb dəni samandan ayıran maşın. // Sif. mənasında. Taxıldöyən maşın, vəl azlıq eləyirdi. Ə.Əbülhəsən.

TAXILQURDU (ID - 38153)

is. zool. Taxıla ziyan verən cücü.

TAXILQURUDAN (ID - 38154)

is. Taxılı qurutmaq üçün maşın. // Sif. mənasında. Taxılqurudan maşın.

TAXILMA (ID - 38155)

“Taxılmaq”dan f.is.

TAXILMAQ (ID - 38156)

“Taxmaq”dan məch.

TAXILSƏPƏN (ID - 38157)

is. Toxum səpmək üçün maşın. // Sif. mənasında. Taxılsəpən maşın.

TAXILSOVURAN (ID - 38158)

is. Taxılın dənini samandan ayıran maşın. // Sif. mənasında. Xırmanın bir tərəfində qoyulan taxılsovuran maşınların da gurultusu eşidilirdi. Ə.Əbülhəsən.

TAXILTƏMİZLƏYƏN (ID - 38159)

is. Taxılın dənini zibildən, xırda daşlardan və s.-dən təmizləmək üçün maşın. Taxıltəmizləyəni işə salmaq. // Sif. mənasında. Qoca taxıltəmizləyən maşına baxır..

TAXİKARDİYA (ID - 38160)

is. [yun.] Ürək yığılmalarının tezləşməsi, ürək döyüntüsü.

TAXMA (ID - 38161)

“Taxmaq”dan f.is.

TAXMAQ (ID - 38162)

f . 1. Iki şeyin uclarını bir-birinə keçirmək, ilişdirmək, yaxud bir şeyi başqa bir şeyə keçirmək. Kişi müştüyə taxmaq istədiyi papirosa sığal verirdi. Mir Cəlal. [Bəyim xala] ..bağırsaq kimi çözələnən rezin borunun bir...

TAXT (ID - 38163)

is. [fars.] 1. Söykənəcəyi olmayan enli divan. Mayaya elə gəldi ki, əldən düşmüş, taxtın üstündə nimdaş və yamaqlı yorğandöşəkdə uzanan bu xəstə öz doğma bacısı, öz doğma anasıdır. M.Ibrahimov. Sərvinaz sandıqçanı...

TAXTA (ID - 38164)

is. [fars.] 1. Şalbandan mişarla kəsilmiş çox qalın olmayan yastı ağac parçası. Ağacdan taxta kəsmək. - Zalın baş tərəfində sadəcə şam taxtalarından qayrılmış hündür, enli bir bufet vardı. M.Hüseyn. [Direktor] addımını...

TAXTABƏND (ID - 38165)

is. [fars.] Hər hansı məqsəd üçün taxtadan düzəldilmiş qurğu, yaxud taxtadan döşəmə vurulmuş yer. Tut ağacının altında taxtabənddə oturmaq.

TAXTABİTİ (ID - 38166)

is. zool. Qansorucu kiçik tüfeyli cücü. Taxtabiti dərmanı.

TAXTAÇƏKƏN (ID - 38167)

bax taxtakəsən.

TAXTAKƏSƏN (ID - 38168)

is. Şalbanlardan taxta kəsən maşın; taxtaçəkən. // Sif. mənasında. [Qonaqlar] taxtakəsən, dəmiryonan dəzgahların.. komandirlərini danışdırıb sevinir, qibtə edirdilər. Mir Cəlal.

TAXTALAMA (ID - 38169)

“Taxtalamaq”dan f.is.

TAXTALAMAQ (ID - 38170)

f . Taxta vurmaq, taxta düzmək. Evin damını taxtalamaq.

TAXTALANMA (ID - 38171)

“Taxtalanmaq”dan f.is.

TAXTALANMAQ (ID - 38172)

məch. Taxta vurulmaq, taxta düzülmək.

TAXTALATMA (ID - 38173)

“Taxtalatmaq”dan f.is.

TAXTALATMAQ (ID - 38174)

icb. Taxta vurdurmaq, taxta düzdürmək. Mətbəxin damını taxtalatmaq.

TAXTALIQ (ID - 38175)

1. sif. Taxta kəsmək üçün yarayan. Taxtalıq şalban.
2. is. Rəqəmlərdən sonra gələrək şeyin neçə taxtadan (4-cü mənada) tikildiyini göstərir. On taxtalıq tuman.

TAXTA-PARA (ID - 38176)

top. Taxta parçaları, yararsız taxta qırıqları, tikə-para taxtalar.

TAXTAPUŞ (ID - 38177)

is. [fars.] Şifer və s. vurmaq üçün evin və b. tikilinin damında taxtadan qurulan çardaq. // Üstü şifer, dəmir və s. ilə örtülmüş dam. Narın çiskin sıxlaşmış dumanın arasından ələnir, taxtapuşların qırmızı borularından...

TAXTAPUŞÇU (ID - 38178)

is. Taxtapuş ustası olan dülgər.

TAXTAPUŞLU (ID - 38179)

sif. Taxtapuşu olan, damında taxtapuş düzəldilmiş. Birdən [Tapdığın] nəzəri kəndin qırağındakı qırmızı taxtapuşlu, ağ imarətin həyətində oynayan çoxlu uşağa sataşdı. Ə.Vəliyev.

TAXTA-ŞALBAN (ID - 38180)

top. Taxta və şalbandan ibarət tikinti materialı; taxta və şalban.

TAXTAYONAN (ID - 38181)

is. Kələ-kötür taxtaları yonub hamar etmək üçün maşın. Taxtayonanı işə salmaq. // Sif. mənasında. [Yunis] transportyorların ilişərək getdiyini görüb, cihazların, taxtayonan maşının yoxlanmasını əmr etdi. Mir Cəlal.

TAXT-RƏVAN (ID - 38182)

is. Keçmişdə: kübarları, əyanları, xüsusən onların qadınlarını bir yerdən başqa yerə aparmaq üçün nəqliyyat vasitəsi kimi istifadə edilən, iki və ya dörd adam tərəfindən qaldırılıb gəzdirilən evcik. Sevda qara qulların...

TAXT-TAC, TAXTÜ TAC (ID - 38183)

is. Hakimiyyət, hökmdarlıq rəmzi olan taxt və tac. Hikmət isfahani çoxdan iran taxt-tacına göz dikmişdir. M.Ibrahimov.

TAKELAJ (ID - 38184)

[holl. takelage] 1. Gəmi iplərinin (kəndir və metal) hamısının bir yerdə adı. 2. xüs. Yükləmə-boşaltma və yükü yaxın məsafələrə aparmaq üçün istifadə edilən vasitələrin (iplərin, blokların, zəncirlərin, qurğuların) hamısı...

TAKELAJÇI (ID - 38185)

is. Takelaj işləri görən fəhlə.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed