
TAXILtop. Dənindən un və ya yarma hazırlanan bitkilərin (arpa, buğda, çovdar və s.) ümumi adı. Taxıl bitkiləri. Taxıl əkmək. - Taxıllar boy atmış və sünbül bağlamağa başlamışdı. Ə.Sadıq. // Həmin bitkilərin dəni. 2 ton taxıl. - [Şərəfoğlu Rüstəmə:] Keçən il hər hektardan neçə sentner pambıq, neçə sentner taxıl götürmüşsünüz? M.Ibrahimov.
Paylaşın - Hamı bilsin
|