İzahlı lüğət

TƏFRİQƏ

is. [ər.] 1. Narazılıq nəticəsində araya ikitirəlik düşmə; ayrılma, ayrılıq, ittifaqsızlıq, ikitirəlik. [Mirzə Heydər:] Belə təfriqədən burjua hökumətləri isə istifadə edirlər. Ə.Haqverdiyev. O hələ uşaq ikən; Düşünmüş için-için; “Bu yollar, təfriqələr; Təriqətlər nə üçün?” B.Vahabzadə. □ Təfriqə düşmək - ikitirəlik düşmək, ədavət düşmək, düşmənçilik düşmək. Təfriqə salmaq - ikitirəlik salmaq, düşmənçilik salmaq. Saldı arayə təfriqə gülçini-ruzgar; Ol gül yanında qalmadı bir etibarımız. S.Ə.Şirvani.
köhn. Qəzet səhifəsinin ayrılmış bir yerində hissə-hissə dərc olunan hekayə, məqalə və s.
köhn. bax vodevil. “Məstəli şah”dan sonra “Könülsüz” ünvanında bir pərdədə tərtib olunmuş təfriqə (vodevil) oynandı. F.Köçərli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

TAP

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed