İzahlı lüğət

TƏLTİF

is. [ər.] 1. Yaxşı xidmətə və ya bir işdə fərqlənməyə görə orden, medal, fəxri ad, keçici bayraq, qiymətli şey və s. vermə. Xəstəxanada yatdığının üçüncü günü [Cavadı] fərəhli bir xəbərlə - təltif xəbərilə təbrik etdilər. Ə.Vəliyev. □ Təltif etmək - orden, medal, fəxri ad, keçici bayraq, qiymətli şey və s. vermək. Kərimin fəaliyyətini qiymətləndirən komandanlıq onu “Qızıl Ulduz” ordeni ilə təltif etməyi qərara almışdı. S.Rəhimov.
2. Həmin münasibətlə verilən orden, medal, fəxri ad, keçici bayraq, qiymətli şey və s.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed