İzahlı lüğət

TƏMƏNNA

is. [ər.] 1. Arzu, istək, dilək, xahiş. Bəxti-mənhusimə bax, mən bu təmənnada ikən; Şişməyə başladı indi üzü qarə cigərim. M.Ə.Sabir. Var idim çoxdan ol təmənnadə; Dolaşaydım çıxıb bu səhradə. A.Səhhət. □ Təmənna etmək - rica etmək, xahiş etmək. Vaqif durnalardan təmənna eləyir ki, intizarını çəkdiyi və sorağında olduğu alagözlü həmdəmdən, görsünlər, ona bir xəbər .. gətirə bilərlərmi? F.Köçərli. [Şamo:] Mən özüm şəxsən sizdən heç bir şey təmənna etmirəm. S.Rəhimov.
2. Müəyyən məqsədlə edilən yaxşılıq, kömək. O heç bir kəsin təmənnasını qəbul etmir. Ə.Vəliyev. // Arzu olunan şey, tələb, məqsəd. [Pristav Mürsələ:] Sənin Turaclıya nə təmənna ilə gəldiyin də mənə məlumdur. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

T

......