İzahlı lüğət

TƏYİN

is. [ər. ] 1. Müəyyən etmə, aydınlaşdırma. Zeynal şaşırdı. Nə [edəcəyini] təyindən aciz kimi idi. S.Hüseyn. □ Təyin etmək (eləmək) - 1) müəyyən etmək, müəyyənləşdirmək, aydınlaşdırmaq, qərarlaşdırmaq. indi Minayəyə hər şey aydındı, Mahmud onunla görüş təyin edirdi. M.Hüseyn; 2) hər hansı bir vəzifəyə, işə qoymaq, müəyyən iş, vəzifə tapşırmaq. idarəmizə yeni müdir təyin etdilər. - Mühəndis Sultanov isə cavan oğlanın dülgərlik məharətini görərək [Fərmanı] dülgər təyin etdi. Ə.Sadıq.
2. qram. Cümlədə isimlə ifadə olunan üzvlərin əlamətini; (necəliyini) bildirən və “necə” , “nə cür” , “hansı” suallarından birinə cavab olan ikincidərəcəli cümlə üzvü.
□□ Təyini-müqəddərat - öz müqəddəratını özü təyin etmə, özü istədiyi kimi həll etmə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed