İzahlı lüğət

TƏRK3

is. Atm belinin yəhər qoyulan yerinin dal tərəfi. ..Çavuş qəndabı içib, corabı aldı və qoydu atının tərkindəki xurcuna. C.Məmmədquluzadə. Sadıq kişi atın tərkinə bağlanmış dolu heybəni götürdü. M.Hüseyn. □ Tərk xurcunu - atın tərkinə, yəhərin dalma qoyulan kiçik xurcun. Tərk xurcununun bir gözündə bir neçə qutu qrim, on-on iki müxtəlif parik vardı. Ə.Vəliyev. Tərkinə mindirmək (almaq, götürmək) - öz arxasında atın və ya başqa heyvanın tərkinə mindirmək, oturtmaq. Aldı arxasına Qurban çobanı; Götürdü tərkinə igid Osmanı. H.K.Sanılı; // eyni qaydada motosikletə, velosipedə və s.-yə mindirmək. Yusif eyvanın başından motosikli endirdi, işə salıb, Şahmarı da tərkinə aldı. B.Bayramov. Tərkinə minmək - atlının arxasına, minik heyvanının tərkinə minmək. Bir nəfər ağ atlı [Qəribin] qabağına çıxıb salam verdikdən sonra dedi: - Gəl min tərkimə! “Aşıq Qərib” .
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed