
TƏKLƏMƏKf Ətrafındakılardan, yanındakılardan və ya yoldaşlarından ayırıb tək qoymaq, təcrid etmək. Axırda [dəliləri] birbirlərindən ayrı salıb təklədilər. “Koroğlu” . // Tək olmağından istifadə edərək üzərinə atılmaq və ya sıxışdırmaq. [Telli Şeydaya:] Eşitdim, bala, eşitdim, orda, institutda səni necə təkləyiblər. Ə.Məmmədxanlı. // Təklikdə görüşmək, danışmaq.
Paylaşın - Hamı bilsin
|