İzahlı lüğət

TƏKƏBBÜR

[ər.] 1. is. İddia, təşəxxüs, lovğalıq, özünü çəkmə, fors. [Rüstəmovun] ..hər şeyə yuxarıdan baxan büzük gözlərinə hüdudsuz bir təkəbbür çöküb qalmışdı. M.İbrahimov.
2. sif. Təkəbbürlü, iddialı, dikbaş, təşəxxüslü, lovğa, forslu. [Piri baba:] Rəhmətlik qardaşımın cəmi xasiyyəti oğlu Əlimərdana keçmişdir. Atası kimi təkəbbür, kinli, höcət, qoçaq bir dəliqanlıdır. S.S.Axundov. Dünyada şöhrətpərəst və təkəbbür adamlar çox qorxaq olar(lar). M.İbrahimov. Təkəbbürlə şəklində zərf mənasında. Cəmil də öz növbəsində təkəbbürlə döşünü qabardaraq Tahirə baxıb dedi. M.Hüseyn. .. Bir gəlin, öz gözəlliyini dərk edən qadınlara məxsus bir təkəbbürlə gəlib [Sultan ilə Səmədin] qarşısından keçdi. İ.Hüseynov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed