İzahlı lüğət

TANRI

is. Allah. [Elxan:] Mənim tanrım başqalarına zərər verməz azad diləklərimdir. Cabbarlı.
□□ Tanrı bəndəsi - bax Allah bəndəsi
(“Allah” da). [Nənəxanım:] [Şaqqulunun] özünün də avara gəzdiyi bəsdir, gedim, bir tanrı bəndəsinin qızını gətirim, bəlkə küçələrdən daşına. Çəmənzəminli. Tanrı bilir bax Allah bilir (“Allahıda). [Əmrah:] İllər ilən gözüm baxsa gözünə; Tanrı bilir, səndən dönən deyiləm. “Əmrah” . Tanrı qoysa - arzu bildirir. Tanrının verən günü - bax Allahın verən günü (“Allah” da). Tanrısına təpik atmaq - qudurmuş, yolunu azmış, naşükür, nankor adam haqqında. [Anası qızına:] Adam tanrısına təpik atmaz. Ə.Haqverdiyev. Tanrıya bax! - bax Allaha bax! (“Allah” da). Əqlə gəl, tanrıya bax, eyləmə qəflət, Hadi. S.Ə.Şirvani. Tanrıya şükür - bax Allaha şükür (“Allah” da). Sən (siz, sizi) tanrı bax sən (siz) allah (“Allah” da). bircə dürüst diqqət ilə hesab ediniz. N.Vəzirov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed