İzahlı lüğət

TƏLƏB

is. [ər.] 1. Bir şeyi israrla, qəti şəkildə xahiş və ya təklif etmə, istəmə. Onun tələbini nəzərə aldılar. Sənin tələbin nədir? Teymurun yalvarışları da, tələbi də, təhdidi də nəticəsiz qaldı. M.Hüseyn. □ Tələb etmək
1) bir şeyi israrla, qəti şəkildə istəmək, xahiş və ya təklif etmək. Vəsiqəsini tələb etmək. Haqqını tələb etmək. İşsizliyin ləğv edilməsini tələb etmək. - ..Hökumət və partiya hər kəsdən öz vəzifəsini düzgün yerinə yetirməyi tələb edir. Ə.Sadıq; // gözləmək, ummaq. Ondan nə tələb etmək olar? 2) bir şeyə ehtiyacı olmaq; istəmək. Köhnəlmiş bina əsaslı təmir tələb edir. Bu iş çoxlu vəsait tələb edir. Quru torpaq bollu su tələb edir; 3) bir yerə gəlməyi təklif və ya məcbur etmək; çağırmaq. Onu polis idarəsi tələb edir.
Qəti şəkildə ifadə olunan inadlı, təkidli xahiş, arzu, istək, təklif. Tətilçilərin tələbi. [Xanlar:] İndi pul davası aparmırıq biz; İndi çox böyükdür tələblərimiz. S.Vurğun. [Ataş:] Tələblərimizə əməl olunmayınca sözümüzdən dönməyəcəyik! Ə.Vəliyev.
Bir şəxsin və ya şeyin uyğun gəlməli olduğu şərtlərin və xüsusiyyətlərin məcmusu; norma (adətən cəm şəklində). Doktorluq dissertasiyasının qarşısında qoyulan tələblər. Ali məktəbə girmək üçün tələblər. Müasir tələblərə cavab vermək.
Ancaq cəm şəklində: tələblər - tələbat, ehtiyac. Cəmiyyətin mədəni tələbləri. Oxucuların tələbləri. - Vəkil də bütün tələbləri ödəyir, kisə-kisə əşrəfi xərcləyirdi. Çəmənzəminli. Kolxozlarımız varlandıqca kəndlinin mədəni tələbləri də çoxalır. I.Əfəndiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed