
TƏLƏSİKzərf Tələsə-tələsə, tez-tez, tələm-tələsik; tez, cəld. [Mərcan bəy] tələsik daxil olur, yaxşı geyinmişdir. Ü.Hacıbəyov. Şair tələsik qocadan ayrılıb, özünü içəri saldı. Ə.Məmmədxanlı. // sif. Təcili, təxirsiz. Əlimdə tələsik iş var.
Paylaşın - Hamı bilsin
|