İzahlı lüğət

TƏLAŞ

[ər.] is. 1. Həyəcan, iztirab, təşviş, həyəcan və iztirab içində tələsmə, əl-ayağa düşmə, təşvişə düşmə. Tellinin təlaşı [Səfəri] heyrətə gətirdi.. Çəmənzəminli. □ Təlaş etmək - bax təlaşa düşmək. [Cəmil bəy Humaya:] Heç quru bir heykəl edam ediləcəyi üçün təlaş edərmi? H.Cavid. Fəlakət başımızın üzərində idi. Təlaş edirdik. S.Hüseyn. Təlaşa düşmək - həyəcana düşmək, təşvişə düşmək, əl-ayağa düşmək, vahiməyə düşmək. [Vaqif:] Belə mülahizə edirəm ki, hələ təlaşa düşmək lazım deyildir. Çəmənzəminli. Qaranlıqda qalan ana sevinməyə macal tapmamış təlaşa düşdü. Ə.Məmmədxanlı.
2. Həyəcan, gurultu-patıltı. Meydanda bir təlaş var.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

TEZ

......