İzahlı lüğət

TƏDQİQ

is. [ər.] 1. Bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək, müəyyənləşdirmək məqsədilə dəqiq elmi araşdırma; tədqiqat. Torpağın tədqiqi. Arktikanın tədqiqi. Atom enerjisindən istifadə sahəsində tədqiq. □ Tədqiq etmək - 1) elmi cəhətdən araşdırmaq, öyrənmək, tədqiqat aparmaq. [Nərgiz:] Tapılan şeyləri biz yuxarı göndəririk, orada alimlər tədqiq edirlər. B.Bayramov; 2) bir şeyi müəyyənləşdirmək üçün diqqətlə ona baxmaq, gözdən keçirmək. Mərdan .. yarımişıq otaqda çocuğun üzünü tədqiq etməyə başladı, özünə bənzər cəhətlər aradı. Çəmənzəminli.
2. Cəm şəklində tədqiqlər - elmi əsər(lər), tədqiqat əsər(lər)i. Azərbaycan dili tarixinə aid tədqiqlər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed