İzahlı lüğət

TƏCİLİ

zərf [ər.] 1. Tələsik, tez, dərhal, əlüstü, çapıq. Təcili cavab. Adamlar təcili hazır oldular. - [Kərəm] Qaragözə təcili çay hazırlatdı.. M.İbrahimov. Bahadurun .. təcili gedişi Rənanın ürəyində dərin bir kədər doğurdu. S.Rəhman. 2. Gecikdirilə bilməyən, tez edilməli olan; təxirsiz, təxirəsalınmaz. Təcili iş. Təcili tapşırıq. - Keçmiş vaxtlarda dəftərxanalarda qulluqçuların gündə biri idarə bağlandıqdan sonra qalıb təcili məktubları, teleqramları qəbul edərdi. Ə.Haqverdiyev. Uşaq ki bu qədər həyəcanlı çığırırdı, deməli, təcili məsələ vardı. B.Bayramov.
□□ Təcili yardım - 1) təxirə salınması mümkün olmayan hallarda xəstələnənlərə, zərərdidələrə ilk tibbi yardım göstərmək və müalicə müəssisələrinə aparıb çatdırmaqla məşğul olan tibb-sanitar idarəsi; 2) həmin iş üçün istifadə olunan avtomobil.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

TA

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed