İzahlı lüğət

TƏDBİR

is. [ər.] 1. Bir işi görmək, həyata keçirmək üçün üsul(lar), vasitə(lər), yol(lar). Məhsuldarlığı artırmaq tədbirləri. Ərzaq problemini həll etmək üçün tədbirlər. Kütləvi tədbirlər. □ Tədbir tökmək (görmək) - bir şeyi əldə etmək üçün fikirləşib yollar aramaq, yol tapmaq. [Əsgər Süleymana:] indi, aşna, bir iş də var, hərgah ona da bir tədbir töksən, onda bilərəm ki, başdan-ayağa qədər ağıllısan. Ü.Hacıbəyov. // məc. Bir şeyi əldə etmək üçün düşünülən yol, vasitə, üsul; hiylə. Dəlini zəncirlə yox, tədbirlə tutarlar. (Ata. sözü). □ Tədbir etmək - qərarlaşmaq, qərara gəlmək. [Səfər:] Divan tədbir edib sizi tutmağa; Meydanı qızdırıb at oynatmağa. H.K.Sanılı.
2. Təhlükədən qorunmaq üçün görülən hazırlıq. Qripə qarşı mübarizə tədbirləri.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed