İzahlı lüğət

TƏDARÜK

is. [ər.] Bir şeyi qabaqcadan hazırlama; bir işi görmək üçün əvvəlcədən hazırlıq görmə; hazırlıq, ehtiyat. Yun tədarükü. Heyvanlar üçün yem tədarükü. // Həmin şeylərin özü. Bəylə xanımın çamadanı və yol tədarükü daşındı. Ə.Vəliyev. □ Tədarük etmək (görmək) - (qabaqcadan) hazırlamaq, hazırlıq görmək, ehtiyat görmək. [Əmir:] Mürəxxəs siniz, gedin, qoşun tədarük edin. Ü.Hacıbəyov. [İmamverdi:] Gülpəri, tez ol, nahar tədarük et, Hacı Nəsir yol gəlib, acdır. S.S.Axundov; // hazırlaşmaq, hazırlıq görmək. [Kəblə Rəcəbəli:] Çox gözəl! Axşam üçün tədarük görərik. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed