
TƏRAVƏTLİsif. və zərf 1. Təravəti olan; tər, təzə. Təravətli gül. - ..Hər tərəfdə otlar göyərmiş, ağacları təravətli yarpaqlar örtmüşdür. M.İbrahimov. .
Təmiz, saf, sərin. Bayırda gözəl, ilıq dağ yerlərinə məxsus yüngül təravətli bir iyun sabahı açılırdı. M.Rzaquluzadə. Öz canından əziz tutur; Təravətli yaylaqları. H.Hüseynzadə. Sağlam, sağlam görünüşlü, gümrah, gözəl, cazibəli. Təravətli gənc. - [Şəmsiyyə] incə, ətirlənmiş və təravətli bir xanımdır. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|