
TƏRCÜMƏis. [ər.] Bir dildən başqa dilə çevirmə (çevrilmə). Sərbəst tərcümə. “Şahnamə” nin tərcüməsi. - Usta Zeynalın dükanında Mirzə qəzəllər oxuyub, sonra oxuduğu qəzəlləri rus dilinə tərcümə edirdi. Ə.Haqverdiyev. [Rüstəm bəy Sofiyaya:] [Ömər Xəyyam] dünyanın hər bir dilinə tərcümə olunmuşdur. Çəmənzəminli.
Paylaşın - Hamı bilsin
|