
TƏRƏNNÜMis. [ər.] Gözəl səslə yavaşdan oxuma, ötmə. Quşların şən tərənnümü. □ Tərənnüm etmək - 1) gözəl səslə yavaşdan oxumaq. Quşlar tərənnüm edir; 2) nəğmələrdə, mahnılarda, şeirdə təsvir etmək, şöhrətləndirmək. Əmək igidliklərini nəğmələrdə tərənnüm etmək. - Xalq [Səfəri] ..igid, mərd, ədalətli bir adam kimi tərənnüm edirdi. Çəmənzəminli. El aşıqları incə Azərbaycan dilində xalqımızın mərdliklərini tərənnüm edən ölməz dastanlar qoşurdular. İ.Əfəndiyev.
Paylaşın - Hamı bilsin
|