
TƏRBİYƏis. [ər.] 1. Təhsil verməklə, hər hansı adət, ədəb və davranış qaydaları və s. aşılamaqla yetişdirib böyütmə. ..Əhməd bir daha evlənməyi özünə artıq bilib, daim [Rəfiqənin] tərbiyəsilə özü məşğul olardı. İ.Musabəyov.
2. İnsanın, ümumi inkişaf, sistematik təsir və təlim nəticəsində biliyə, mədəni vərdişlərə və s.-yə yiyələnməsi; gözəl əxlaq. Gənclərin tərbiyəsilə yaxından məşğul olmaq lazım gəlirdi. Ə.Sadıq. Bəzən cavanların tərbiyəsi ilə də məşğul olmaq lazım gəlir. H.Seyidbəyli. □ Tərbiyə vermək (etmək) - bax tərbiyələndirmək. Mirzə qazandığı pul ilə dolanıb, oğlanlarına da tərbiyə verirdi. Ə.Haqverdiyev. Qəhrəman yaxşı dərk edirdi ki, övlad yetişdirib tərbiyə etmək ağır dağı çiyinə qaldırmaq deməkdir. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|