
TƏRƏQQİis. [ər.] İrəliləmə, irəliləyiş, inkişaf. Mədəniyyətin tərəqqisi. - Aqronom, baytar, zootexnik, mühəndis, yerölçən yeni kəndin tərəqqisi uğrunda ciddi işə girişdi. Ə.Vəliyev. □ Tərəqqi etmək - irəliləmək; inkişaf etmək. [Oqtay:] Tərəqqi etməmək yaşamamaq deməkdir. C.Cabbarlı. Tərəqqi tapmaq - bax tərəqqi etmək. Şəhərdə hər bir şey tərəqqi tapmışdı, dəyişmişdi, abad olmuşdu. Çəmənzəminli.
Paylaşın - Hamı bilsin
|