İzahlı lüğət

TƏRƏDDÜD

is. [ər.] 1. Bir işi görməkdə, bir məsələni həll etməkdə qətiyyət göstərməmə, qərarsızlıq göstərmə, nə edəcəyini bilməmə, qəti qərara gələ bilməmə; qərarsızlıq. [Əli] daima axtarış yolunda, tərəddüd içində yaşayırdı. Çəmənzəminli. Təliə də tərəddüdlər içərisində olduğuna baxmayaraq, vəliəhdə göz qoyurdu. M.S.Ordubadi. □ Tərəddüd etmək (göstərmək) - qəti qərara gələ bilməmək, çətinlik çəkmək.
2. Gediş-gəliş, əlaqə, hərəkət. Yollarda tərəddüd getdikcə çoxalmışdır. □ Tərəddüd eləmək köhn. - gedib-gəlmək, hərəkət etmək. Küçələri arşından qalın qar elə tutmuşdu ki, tərəddüd eləmək mümkün deyil idi. C.Məmmədquluzadə. Tərəddüd kəsilmək - gediş-gəliş kəsilmək, əlaqə kəsilmək, hərəkət olmamaq. Yollar bağlandı, tərəddüdlər kəsildi. C.Məmmədquluzadə. İlin səkkiz ayını Zəngəzur yollarını qar basar, tərəddüdlər kəsilər. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed