
TƏBƏSSÜM[ər.] 1. is. Gülümsəmə. [Qocanın] sallaq iri dodaqlarında, yanları cizgilərlə bürüşmüş kiçik gözlərində, sümükləri qalxaq, ətli, qırmızı üzündə bir təbəssüm vardı. A.Şaiq. Xanların istehzalı təbəssümü birdən yoxa çəkildi. M.Hüseyn. □ Təbəssüm etmək (eyləmək) - gülümsəmək. Könlün xoş isə təbəssüm eylə! Mehrin var isə tərəhhüm eylə! Füzuli. Çün baxıb əhvalıma, etdi təbəssüm nazilən; Qönçeyi-baği-behişti gör nə xəndan eylədi. Heyran xanım.
2. Təbəssümlə şəklində zərf. gülümsəyəgülümsəyə, gülümsəyərək. Qətibə başını qaldırıb, Səba xanımın üzünə baxıb təbəssümlə dedi. M.S.Ordubadi. Paylaşın - Hamı bilsin
|