İzahlı lüğət

TƏBDİL

is. [ər.] köhn. 1. Dəyişmə, dəyişdirmə. □ Təbdil etmək - dəyişmək. Havanın hər bir zərrəsi həmişə hərəkət edib yerini təbdil edər. H.Zərdabi. Təbdil olmaq - dəyişilmək, əvəz olunmaq. İyirmi beş il bundan irəli qəzet haqqında yazılan həcv və föhşlərin indi mədh və tərifə təbdil olması, əlbəttə, bizim üçün böyük bir mayeyi-iftixardır. F.Köçərli.
2. xüs. Mövzusu başqa əsərdən götürülüb yeni mühitə, yeni şəraitə uyğun şəkildə işlənmiş ədəbi əsər. Bakı işçi teatrı [repertuar qıtlığını] ləğv etmək üçün, başlıca olaraq, tərcümə və təbdillərdən istifadə edirdi. Cəfərov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed