
TƏBİƏTƏNzərf [ər.] Xilqətcə, fitrətən, yaradılışında. [Fərman] təbiətən diribaş yaranmışdı. Ə.Sadıq. // Bax təbiətcə. Şirzad bilirdi ki, Rüstəm kişi təbiətən məğlub olmağı, ikincilər cərgəsində oturmağı, dalda qalıb ayağını sürüməyi sevmir. M.İbrahimov. ismayılzadə təbiətən diplomatik hiylələrə yad bir adamdı. M.Hüseyn.
Paylaşın - Hamı bilsin
|