
TƏBƏRZİNis. [ər.] 1. Baltaya bənzəyən qədim silah. Orta Asiyanın qədim tayfalarının silahları ox, nizə, qılınc və təbərzindən ibarət imiş.
2. Keçmişdə: dərvişlərin gəzdirdikləri aypara şəklində baltacıq. Boynundan bir çox kiçik və iri muncuqlar asmış bir dərviş əlində kəşkül və təbərzin oxuya-oxuya gedir. Şaiq. Paylaşın - Hamı bilsin
|