
TƏXMİNƏNzərf [ər.] Bir qədər az və ya bir qədər çox, bir az tez və ya bir az gec və s.; təqribən (əsasən say və rəqəmlərdən, ölçü və vaxt adı bildirən sözlərdən əvvəl işlədilir). Təxminən yanvar-fevral aylarında. - Bu kəndlərin meyvə bağları təxminən 12-13 kvadrat kilometr yer tutaraq uzaqdan baxdıqda böyük bir meşəyə bənzəyirdi. S.S.Axundov. Dilbərin tikintiyə getməsindən təxminən iki həftə sonra bir gün axşam Həcər qarının ailəsinin üzvləri evə yığışmışdılar. Ə.Sadıq.
Paylaşın - Hamı bilsin
|