İzahlı lüğət

TƏHVİL

is. [ər.] (adətən “almaq” , “etmək” köməkçi feilləri ilə işlənir) 1. Təzə işə keçərkən və ya işdən çıxarkən tapşırılmış işi, vəzifəni, şeyi başqa adama vermə. [Nüsrət:] Toğrul, sən işləri təhvil al! C.Cabbarlı. Beş gündən sonra Tərlanov işi təhvil verib, Teymuru yanına çağırdı. H.Seyidbəyli. // Öz əməyinin nəticəsini, məhsulunu istifadə olunmaq üçün lazımi yerə və ya şəxsə vermə. [Əmrulla:] [Qüdrət] pyesi qurtarıbdır, gətirdi təhvil versin. C.Cabbarlı. [Yusif Həsrətə:] O barədə işimiz pis deyil. Şahmar taxıl təhvilində iştirak eləyir. B.Bayramov.
2. Hicri-şəmsi təqvimində köhnə ilin qurtarıb yeni ilin daxil olması. [Əliməmməd Vaqifə:] ..Hələ il təhvil olmamışdır, dəstəyə bir saat qalanda olacaq. Çəmənzəminli. Təbil və şeypur səsləri ilin təhvil olduğunu Təbriz xalqına bildirdi. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed