
TƏHRİRis. [ər.] klas. Yazma, yazı; qələmə alma. // Yazılmış, yazılı şeir, kitab və s. Cəhd edin, göndərdiyim təhrirlər puç olmasın! M.Ə.Sabir. □ Təhrir etmək (qılmaq) klas. yazmaq, qələmə almaq. Təhrir qılıb münasibihal; Bu şeri həm etdi ona irsal. Füzuli. Gəlməyimdə əgərçi var təxir; Edirəm mən risaləmi təhrir. S.Ə.Şirvani.
Paylaşın - Hamı bilsin
|