
TƏHRİRİsif. və zərf [ər.] Yazılı, yazılmış surətdə (şifahi əksi). Təhriri cavab. Təhriri surətdə. - Dəmirov yol barəsində tərtib etdiyi təhriri məruzəni çıxarıb, yenə sədrə təqdim etdi. S.Rəhimov. Katib Cəmilin yazdığı təhriri məlumata bir də nəzər salıb başını qaldırdı. Q.İlkin. // Zərf mənasında. Təhriri danışmaq.
Paylaşın - Hamı bilsin
|