İzahlı lüğət

TƏXİR

is. [ər.] Yubanma, gecikmə, ləngimə. ..Məktub sahibi gəldi idarəyə və ruznamənin təxirindən başladı giley eləməyə. Məmmədquluzadə. □ Təxir etmək - yubatmaq, gecikdirmək, ləngitmək, sonraya saxlamaq (keçirmək). [Mələkə:] Zənn edirəm ki, hökmdar mənim bu arzumu yerinə yetirməkdə təxir və tərəddüd etməyəcəkdir. M.S.Ordubadi. Təxirə düşmək - yubanmaq, gecikmək, ləngimək. ..Azərbaycan nümayəndələri yubandığı üçün bu iş bir az təxirə düşmüşdü. M.S.Ordubadi. Təxirə salmaq - yubatmaq, gecikdirmək, ləngitmək, sonraya qoymaq. [Sədr:] Hələlik tədbir görülməni təxirə salmaq tərəfdarları əllərini qaldırsın. Çəmənzəminli. [Cavanşir:] Biz hücumu təxirə sala bilmərik. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

TAC

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed