İzahlı lüğət

TƏKBAŞINA

zərf 1. Yalqız, yalnız, təkcə, tək özü. Təkbaşına qalmaq. - Xan divan otağına gəlib, orada təkbaşına oturdu. Çəmənzəminli. [Murad] ..nə vaxtadək bayquş kimi təkbaşına yaşayacaqdı? S.Hüseyn.
2. Başqasının köməyi olmadan; tək, təkcə. Təkbaşına məsələni həll etmək. - [Südabə:] Təkbaşına Zal oğlu; Üstün gələr onlara. H.Cavid. // Özbaşına, nəzarətsiz, baxımsız. [Səlim:] ..Hər kəs təkbaşına işləsə, arxın içinə uzadıb ölüncə döyəcəklər. C.Cabbarlı.
Öz-özünə, müstəqil, rəhbərsiz, müəllimsiz.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed