İzahlı lüğət

TƏHRİK

is. [ər.] Sözlə və ya başqa şirnikləndirici vasitələrlə birini bir iş görməyə vadar etmə, sövq etmə, meyilləndirmə, həvəsləndirmə. [Kitabpaylayan:] Sonra eşitdim ki, bir mollanın təhrikinə görə gəlib, məndən kitabları alıb, aparıb odluyublar. Ə.Haqverdiyev. □ Təhrik etmək - 1) bir iş görməyə həvəsləndirmək, sövq etmək. [M.F.Axundzadəni] yazıçılığa təhrik edən də bədii zövqündən daha artıq ictimai məfkurələri idi. Cabbarlı; 2) pis bir işə sövq etmək, həvəsləndirmək. Oğurluğa təhrik etmək. Cinayətə təhrik etmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed