
TƏXSİSis. [ər.]: təxsis etmək - müəyyən məqsəd üçün ayırmaq. [Xəlil:] Mənim anlayışımca, on manat təxsis etməli və növbə ilə yemək daşımağa adam təyin etməli. Çəmənzəminli. [Məlikşah:] Məmləkətin gözəl bir tərəfində ona malikanə verəcəyəm, böyük və təminedici maaş təxsis edəcəyəm. M.S.Ordubadi. Təxsis olunmaq - müəyyən edilmək, ayrılmaq. Otaqların biri qadınlara, ikisi də kişilərə təxsis olunub. Çəmənzəminli.
Paylaşın - Hamı bilsin
|