İzahlı lüğət

TƏK1

1. say. Təkcə, bircə, bir, ancaq bir, yeganə. iki bacının tək qardaşı. Tək övlad. Bütün evin lampaları kimi, bu axşam həyətin bu tək fənəri də yandırılmamışdı. Ə.Əbülhəsən. □ Tək ədəd riyaz. - qalıqsız ikiyə bölünməyən ədəd (cüt əksi).
sif. Qoşa bədən üzvlərindən hər biri (əsasən o biri üzv şikəst olduqda işlənilir). Xosrovun tək gözü təlaş içində parıldayır, o, qardaşı Sultanı arzulayırdı. S.Rəhimov. Xanmuradov məmnun halda tək əlini [Rəhimin] çiyninə qoydu. Ə.Sadıq.
sif. və zərf Köməksiz, arxasız, yalnız, yalqız. [Hüseyn:] O məni qoymadı döyüşlərdə tək; Dalımca yönəldi o böyük ürək. M.Rahim. [Səməndər] Nərgizi selə-suya tək buraxmaq istəmirdi. B.Bayramov.
zərf və sif. Ancaq, yalnız, yalqız, təkcə, başqaları olmadan, təkbaşına. Tək qalmaq. - Gülpəri yaxşı bilirdi ki, .. Hacı Nəsirin cəmi mal və dövləti tək Nurəddinə qalacaqdır. S.S.Axundov. Poladzadə kabinetində tək oturmuşdu. Ə.Vəliyev.
“Ancaq” , “yalnız” , “təkcə” mənasında. Ölən-qalanın dərdinə qalan həkimin nəinki tək bu kənd üçün, hətta bütün Qubadlı nahiyəsi üçün bir sehr olduğu da təəccüblü deyildi. S.Rəhimov. [Müəllim] tək uşaqlara savad öyrətməklə kifayətlənmirdi. S.Qədirzadə. Bənzərlik, oxşarlıq bildirir: ...kimi. Onuntək. Sənintək. - Qəm-qüssəm başımdan aşıb; Məntək dərdə qalan yoxdu. “Koroğlu” . [Xurşid:] Könlümdəki yaram da; Qızılgültək açıldı. Ü.Hacıbəyov.
□□ Tək əldən səs çıxmaz - bir adam işin öhdəsindən gələ bilməz, tək adam heç bir şey edə bilməz. [Məcid əfəndi Musaya:] İş çox deyil, fəqət tək əldən səs çıxmaz. H.Cavid. Tək günü - salı, çərşənbə axşamı. Çərşənbə, şənbə və tək günü qəbiristana və hamama getmək olmaz. C.Məmmədquluzadə. Üç cüt bir tək - çox az şey haqqında.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

TAT

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed