İzahlı lüğət

TƏNƏ

[ər.] 1. is. Danlaq, məzəmmət. [Çopo:] Ceynizin gülüşündə mənim keçmiş ənənəpərəstliyimə qarşı bir tənə duydum. Çəmənzəminli. Xanpərinin ucundan [Mədədin] üzü çoxlu danlaq yeyib, qulağı hədsiz tənələr eşidibdir. Ə.Vəliyev. □ Tənə etmək - danlamaq, məzəmmət etmək. Axır elə oldum rüsvayi-aləm; Düşmən tənə eylər, dost qınar məni. Q.Zakir. // Birisinin gizli işini, nöqsanını, eybini və s. xoşagəlməz cəhətlərini üzünə vurma, demə, tən. □ Tənə etmək (vurmaq) - birisinin gizli işini, nöqsanını, eybini və s. xoşagəlməz cəhətlərini üzünə vurmaq, demək.
2. sif. Tənəli. Ov gəlsə ötürmərəm; Tənə söz götürmərəm; Yüz il ömrümdən keçsə; Səndən əl götürmərəm. (Bayatı). Çəkilib pünhana, deyir, dərdə döz; Cəhənnəm odundan pisdi tənə söz. Aşıq Ələsgər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed