
TƏMİZLİKis. 1. Təmiz şeyin halı. Otağın təmizliyi. Köynəyin təmizliyi. Qab-qacağın təmizliyi. - Siniflərin geniş və təmizliyi, laboratoriya və kabinələrin mükəmməlliyi.. [səyyahların] heyrətinə səbəb oldu. Çəmənzəminli.
Saflıq, qarışıqsızlıq, xalislik. Suyun təmizliyi. Havanın təmizliyi. məc. Mənən nöqsansızlıq; saflıq, düzlük, paklıq. Ana zəifdir, lakin dünyanın güclüləri və zalımlarının hiyləgərliyi və fırıldaqçılığına qarşı onun qüdrətli silahı təmizlik və düzlükdür. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|