İzahlı lüğət

TƏN1

sif. və zərf Ölçü, boy və s. cəhətdən başqası ilə eyni olan; bərabər. Dost dost ilə tən gərək; Tən olmasa, gen gərək. (Məsəl). Qalxdın şahin kimi üfüqlərlə tən; Vuruldun öz ana torpağına sən. N.Xəzri. // Lap, düz, tam. Cəfərin atası kömürçülüklə qazandığı pulun tən yarısını hər ay müntəzəm halda oğluna göndərmiş, onu oxutmuşdu. Ə.Vəliyev. [Yazgül:] Tikanlı məftilin tən ortasında iri bir doqqaz var. Ə.Məmmədxanlı. □ Tən gəlmək - tam uyğun gəlmək, bərabər olmaq, düz gəlmək. [Rəşid:] Bu barədə mənim köhnə dostum Qəhrəman müəllimlə də fikrimiz tən gəlir. S.Rəhimov. [Qadir:] Yoldaş Bülənd, sənnən mən elə tən gələrik.. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

TAC

TAL

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed