
TƏNASÜBis. [ər.] Uyğunluq, mütənasiblik; aralarında uyğunluq və münasiblik olma, bir-biri ilə tutma, bir-birinə yaraşma. [Qızın] dalğın baxışı, vücudunun tənasübü hər kəsi .. özünə baxmağa məcbur edərdi. S.Hüseyn. Mehriban çox gec-gec gülümsəyir, gülümsəyəndə də üzündəki tənasüb pozulur. H.Seyidbəyli.
Paylaşın - Hamı bilsin
|