İzahlı lüğət

TAPMAQ

f . 1. Axtarış, aramaq nəticəsində meydana çıxarmaq, üzə çıxarmaq, əldə etmək. Axtardığı kitabı tapmaq. - Gəzib güclə bir qapı tapa bildim. S.Rəhman. Əlində zərf gəzib tapır ünvanı; Qaynayıb, başına vurur al qanı. M.Rahim. // Eyni mənada adam haqqında. [Sultan bəy:] Axır gəlib səni tapdım, maralım, maralım, dilbilməz! Ü.Hacıbəyov. [Mərcan:] Tapmısan, tut ətəyindən, bərk tut; Başqa dilbərləri artıq sən unut! A.Şaiq. // İtirdiyi və ya bir yerdə unutduğu şeyi təzədən əldə etmək, özünə qaytarmaq. İtirdiyi pulu tapmaq. Açarı stolun yeşiyindən tapmaq. // Eyni mənada itkin düşmüş və ya yeri məlum olmayan adam haqqında. Oğlunu tapmaq. - ..Millətləryuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb, dağılmış evlərini bina etməyə üz qoydular. C.Məmmədquluzadə. [Qəndab:] Məzahiri tapıb salamat olduğunu bildim. B.Bayramov. // Əldə etmək, ələ keçirmək. [Səlim qızı:] Biz bu kənddə iki nəfər kimsəsiz... yavan çörək, onu da güclə tapırıq.. C.Cabbarlı. [Fərhad] sağ cibini qurdaladı. Bir loğma quru qara çörək tapdı. Ə.Vəliyev. // Xüsusi tədqiqat, araşdırma, axtarış nəticəsində aşkara çıxarmaq, açmaq, kəşf etmək. Qazdan kauçuk almaq üsulunu tapmaq. Yeni neft yataqları tapmaq. - ..Bəzi naxoşların qanında bakteri və mikrob adlı xırda heyvanat və ələfiyyət tapdılar ki, onlar çirkab və qeyri natəmiz yerlərdə nəşvü nüma edirlər. H.Zərdabi. // Hesablayaraq, fikirləşərək bir şeyin nəticəsini, cavabını müəyyən etmək, əldə etmək. Məsələnin cavabını tapmaq. Sözün kökünü tapmaq.
Çox axtararaq axırda əldə etmək; tapıb almaq. Ayağıma, nəhayət, ayaqqabı tapdım. - Neft səltənəti Bakıda neft tapmaq əzablı bir işə çevrilmişdi. A.Şaiq.
məc. Görmək, hiss etmək. Tahir bu balacaboy uşağın varlığında suçu uşaqların kədər və iztirablarını tapırdı. S.Rəhimov. [Bibixanım] elə bir xüsusiyyət tapa bilmirdi ki, xoşuna gəlməsin. B.Bayramov. // məc. Birini hər hansı bir vəziyyətdə, halda görmək. Atasını xəstə halında tapdı. // məc. Əldə etmək, nail olmaq. [Gəldiyev] illərdən bəri arzuladığı “normal” həyatı tapmışdı. Mir Cəlal.
Danışılan bir sözə və s.-yə istehzalı münasibət bildirir. Deməyə söz tapmısan! Tərifləməyə adam tapdınız!
Bir sıra isimlərdən sonra gələrək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: fürsət tapmaq, macal tapmaq, söz tapmaq, nöqsan tapmaq, yol tapmaq və s.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed