
TAPINMAQf 1. Səcdə etmək, sitayiş etmək, ibadət etmək, pərəstiş etmək. [Xəyyam:] Bir tanrıya lazımsa tapınmaq; Zövq əhli tapınsın sana birdən. H.Cavid. [Elxan:] ..Bütün varlıq mənim qılıncıma deyil, azad diləklərə, azad vicdanlara tapınmalıdır. Cabbarlı.
2. məc. Pərəstiş dərəcəsində sevmək, məftun olmaq. Gözəlliyə tapındığı o gündən bəri; Bir başqalıq duyulmaqda onun səsində. Ə.Cavad. Mən qapandığım, tapındığım hissiz, sükut aləmindən qayıdıram. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|