İzahlı lüğət

TAPŞIRIQ

is. 1. Tapşırılmış şey, yerinə yetirilməsi, ifa və ya həll edilməsi bir vəzifə olaraq həvalə edilmiş iş, məsələ və s. İctimai tapşırıq. Partiya tapşırığı.
2. İşin qabaqcadan müəyyən olunmuş və ya göstərilmiş həcmi. İstehsalat tapşırıqları. - ..Briqadirlər sabahkı iş üçün fikirləşir, manqabaşçıları səhərki tapşırığı üzvlərinə xəbər verirlər. Ə.Vəliyev. // Dərsdənkənar vaxtda öyrənmək və ya həll etmək üçün şagirdlərə verilən dərs. Həndəsədən tapşırıq. Ev tapşırığı. Tapşırığı yazmaq. // Göstəriş, əmr, sərəncam. Direktorun tapşırığı. - [Xanlar:] Mən atamın tapşırığını yerinə yetirməyə çalışaram, - dedi. S.Rəhimov. // hərb. Operativ vəzifə. İskəndər Quliyev döyüş tapşırığını döyüşçülərə başa saldıqdan sonra qərargaha qayıtdı. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed