İzahlı lüğət

TAPMACA

is. 1. Hər hansı bir şeyi və ya hadisəni bənzətmə yolu ilə, qəsdən üstüörtülü şəkildə təsvir edən yığcam məcazi ifadədən ibarət müəmma (şifahi xalq ədəbiyyatı növlərindən biri). Yusif əmi hər gecə bizə şirin-şirin nağıllar danışar, çox qəribə tapmacalar deyərdi. A.Şaiq.
2. məc. Aydın olmayan və ya qeyri müəyyən, üstüörtülü söz, məsələ, danışıq; müəmma. Bu məsələ mənim üçün bir tapmacadır. - [Cəbrayıl Firəngizə:] Mənim heç uşaqlıqdan tapmaca ilə aram olmayıb. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......