
TAR4is. Üst-üstə dərəyə yağıb yığılmış qalın qar yığını. Tara düşmək. Tara batmaq.
Dağ başında çar qala; Duman keçə, tar qala; Bir arzum var ürəkdə; Mən ölsəm də yar qala. (Bayatı). [Bəylər] tarın yanına gəlib gördülər ki, Nəbigil tüfənglən ayaqyolu açıb addamışlar o tərəfə. “Qaçaq Nəbi” . □ Tar bağlamaq - yağıb bir yerə yığılmaq, təpə əmələ gətirmək (qar haqqında). Elə ki əsnədi çovğunla külək; Çöldə tar bağlayıb qar çıxdı dizə. S.Vurğun. Paylaşın - Hamı bilsin
|