
TAĞ2is. [farscadan] Bəzi binaların yarımdairə şəklində olan damı; qübbə, günbəz. Hədsiz səslər bir-birinə qarışıb - hamamın tağlarına düşmüşdü.. Çəmənzəminli. Nəriman kənarda dayanıb, binanın tağına baxmaq fikrində idi. Mir Cəlal. // Körpünün iki dayağını birləşdirən qövsşəkilli hörgü. // Böyük qapıların adətən qövs şəklində olan üst hissəsi. Qəmərin nallarından qopan səs qala qapısının tağına düşüb cingildədi. Çəmənzəminli. // Sif. mənasında. Tavanı bu şəkildə olan; tağlı. İçərişəhərdə, yuxarı bazarda, Qoşa karvansaranın altında tağ bir zirzəmi vardı. H.Sarabski.
Paylaşın - Hamı bilsin
|