
TAFTAis. [fars.] Sıx toxunmuş ipək və ya pambıq parça. [Tarverdi:] A gədə, nə böyük sandıqlardır! Yəqin içindəki tamam taftadır. M.F.Axundzadə. // Həmin parçadan tikilmiş. [Tarverdi:] Pərzad elə yaşı olduqca tafta tuman-köynək geysin. M.F.Axundzadə. [Sara xanımın] tafta köynəyi, zərxara arxalığı, nəyi, nəyi.. yox idi. Qantəmir.
Paylaşın - Hamı bilsin
|