İzahlı lüğət

TAC

is. [fars.] 1. Hökmdarlıq rəmzi olaraq padşahların başlarına qoyduqları qızıl və cavahiratla bəzənmiş papaq. Padşah bunların ağıl-dərrakəsin görüb, yavaşca durdu ayağa, tacı götürüb qoydu oğlanın başına. (Nağıl). [Vaqif:] Nifrət! Qan çanağı taclara nifrət; Var olsun azadlıq, bir də məhəbbət! S.Vurğun.
məc. Padşah hakimiyyəti. Tacdan əl çəkmək. imperiya dağılır, taclar düşür.
məc. Taca oxşayan, tacı xatırladan şey. // Bəzi quşların başında daraq şəklində çələng. // Zinət üçün başa qoyulan çələng və s. [Qəmər:] Bunlardan tac hörüb sənin başına qoyacağam. S.S.Axundov. [Səvər:] Qızları da göndərərəm ki, çöldən sənin üçün tac qayırmaqdan ötrü çiçək dərsinlər. C.Cabbarlı.
məc. Son zirvə, ən yüksək zirvə; ən sevimli, ən qiymətli adam, şey haqqında. Sən mənim həyatım, ömrüm, tacımsan. M.Rahim. Eşq sözü sözlərin sultanıdır, tacıdır; Eşq həyat ağacıdır. B.Vahabzadə.
astr. Günəşin, Ayın və ya parlaq ulduzların ətrafında görünən parlaq işıq dairəsi; halə. Tam Günəş tutulma zamanı xromosferin parlaq gümüşü rəngli geniş təbəqə ilə əhatə olunduğunu görürük. Buna Günəş tacı deyilir. R. Hüseynov.
6. bot. bax taccıq.
□□ Başına tac qoymaq məc. - yaxşı işə, münasibətə qarşı yaxşılıq etmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed