İzahlı lüğət

TAB

is. [fars.] Güc, qüvvət, taqət. Əlinin tabı yoxdur. - Yatmaq üçün gözlərimin xabı var; Dərd çəkməyə mən yazığın tabı var. “Qurbani” . □ Tab (tabı) qalmamaq - gücdən düşmək, taqətdən düşmək, üzülmək. Artıq qollarımda qalmamışdı tab; Üzmüşdü canımı çəkdiyim əzab. Ə.Cavad. Tab etmək (gətirmək) - dözmək, davam gətirmək. [Abbas:] Könül necə tab eyləsin; Mən səndən ayrılım, gedim? “Abbas və Gülgəz” . Əridir mum kimi daşı fəraqın, ey gül; Mən necə atəşi-hicranına bəs tab eləyim? S.Ə.Şirvani. Tab gətirməmək (gətirə bilməmək) 1) özünü saxlaya bilməmək, dayana bilməmək, dözməmək. Əvvəl kağız yazdım və sonra tab gətirmədim, bir teleqraf da vurdum. C.Məmmədquluzadə. Arvadlar tab gətirə bilməyib ağladılar, kişilər başlarını yerə dikdilər.. N.Nərimanov. Çoban onu bir az da sualcavaba tutsaydı, Gözəl tab gətirməyib yenə ağlayacaqdı. M.Hüseyn; 2) duruş gətirə bilməmək, davam gətirə bilməmək. Düşmən tab gətirə bilməyib qaçır. “Qaçaq Nəbi” . Tab tutmamaq (tuta bilməmək) - bax tab gətirməmək (gətirə bilməmək). [Ağa Kərim xan:] Ürəyim tab tutmayır, minbaşı, məni qınama, qınama!.. N.Vəzirov. Bir azdan Gülöyşə ilə Xanım yerlərində tab tuta bilməyib, küçə tərəfə gəldilər. S.Rəhimov. Tabdan düşmək - taqətdən düşmək, gücdən düşmək, haldan düşmək, üzülmək. Hüseyni o qədər vurdular ki, tabdan düşdü. S.Rəhman. [Odunçuoğlu] tabdan düşmüş halda güclə ayaqlarını sürüyərək xan malikanəsindən uzaqlaşmağa başladı. Ə.Məmmədxanlı. Tabı gəlməmək - gücü olmamaq, gücü çatmamaq, bacarmamaq. ..Vahidadi bir tələbə idi, Gəldiyev ilə tutaşmağa tabı gəlməzdi. Mir Cəlal. Tabı kəsilmək - bax tabdan düşmək. Hicrində gecələr kəsilib tabım; Günbəgündən artar cövrü əzabım. Q.Zakir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

TE

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed